"KİV-ə açıq olmaq, birinci növbədə borcumuzdur" - FUAD NAĞIYEV

 

"Agentlik yaradılandan biz hər zaman sizin diqqətinizi və dəstəyinizi hiss etmişik. Biz də öz tərəfimizdən hər zaman geniş ictimaiyyətə və KİV-ə açıq olmuşuq. Bu birinci növbədə bizim borcumuzdur. Çünki bizim bütün addımlarımızdan sizin xəbəriniz olmalıdır".

Turizmplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Sammiti 2019 tədbiri zamanı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib. Onunla yanaşı Agentliyin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə və Azərbaycan Turizm Bürosunun İcraçı direktoru Florian Zenqstşmid də jurnalistlərin suallarını cavablandırıblar.

Sonda Dövlət Turizm Agentliyinin təşkil etdiyi 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqənin qalibləri mükafatlandırılıb, jurnalistlər Turizm imkanlarının ictimaiyyətə tanıdılması və daimi maarifləndirmə işinin aparılması xidmətlərinə görə təltif ediliblər.

Qeyd edək ki, təltif olunanlar arasında Turizmplus.az Turizm İnformasiya Portalının baş redaktoru Rəhim Qədirov da var.

Paylaş