Kənd evləri sahibləri üçün “Bələdçi” ərsəyə gətirilib

 

Dövlət Turizm Agentliyinin əməkdaşlığı ilə regionlardakı kənd evləri sahiblərini müxtəlif mövzular üzrə məlumatlandırmaq və maarifləndirmək məqsədilə təlimat kitabçası hazırlanıb.

Kitabça Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ)  maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində ərsəyə gətirilib.

Təlimat kitabçasında kənd evində qonaqlama xidmətinin təşkili üçün tələblər və hüquqi əsaslar, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın, əlavə xidmətlərin təşkili, kənd evinin tanıtımı, sanitar-gigiyena, təhlükəsizlik qaydaları, xərclər və qazancın hesablanması, hazırlıq və təsərrüfat işləri üzrə tövsiyələr öz əksini tapıb.

Bələdçi kitabçasında istifadə olunmuş fotolar real nümunələr əsasında təqdim edilib. Kitabçanın turist qəbul edən qonaq evlərinə təqdim edilməsi həyata keçiriləcək.

Qeyd edək ki, bu layihədə məqsəd regionlara səfər edən turistlərin məmnuniyyət səviyyəsini artırmaq və kənd evlərində qalmağı seçən turistlərə nümunəvi kənd qonaq evləri təqdim etməkdir.

Kitabçanı elektron formada əldə etmək üçün linkə daxil ola bilərsiniz: http://bit.ly/2o4dnVC

Paylaş

Əvvəlkİ

«Longway» ответила на заявления клиента

Sonrakı

Azərbaycana səs ver - KEÇİD

Abunə olun

Xəbərlərimizə abunə olun