Kazan ilə Bakı arasında gündəlik aviareyslər açılır

 

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan ilə Bakı arasında gündəlik aviareyslər açılır.

Turizmplus.az xəbər verir ki, iyunun 17-dən AZAL və “Buta Airways” şirkətləri Kazan-Bakı marşrutu ilə gündəlik reyslər həyata keçirəcəklər.

Təyyarələr Kazandan 19:20-də yola düşəcək və Bakıya 22:50-də çatacaq. Kazana uçan təyyarə isə Bakıdan 16:40-da yola düşüb, 18:20-də Tatarıstan paytaxtının hava limanına enəcək.

Paylaş