IV Avrasiya dağ turizmi konfransı baş tutub


Martın 2-dən 5-dək Almaniyanın Bertexsqaden şəhərində IV Avrasiya dağ turizmi konfransı keçirilib. Tədbirin təşkilatçısı qismində Dünya Turizm Təşkilatı (DTT) çıxış edib. 30 ölkədən nümayəndələrin iştirak etdiyi konfransda dağ turizmi sahəsində yeni layihələrin həyata keçirilməsi, ölkələr arasında əməkdaşlığın inkişafı və təbii ehtiyatların qorunması məsələləri müzakirə olunub.

DTT-nin baş katibi Zurab Pololikaşvili qeyd edib ki, dağ turizmi Avrasiya məkanında və bütün dünyada regional inkişaf üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, turizmin bu sahəsinin populyarlaşdırılması dağ rayonlarında insanların güzəranının yaxşılaşmasına və əldə olunan gəlir hesabına yeni istehsal müəssisələrinin açılmasına kömək edir.

Tədbirdə çıxış edən Almaniyanı İqtisadiyyat Nazirliyinin stats-katibi Tomas Barrays bildirib ki, konfrans dağ turizminin inkişafı ilə yanaşı, Avropa və Asiya şirkətləri arasında bu sahədə mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

"Tarixə və Nəsimi yaradıcılığına səyahət” - AITF 2019

Sonrakı

Əfsanəvi Tomas Andersin Bakıya gəlir - AFİŞA

Подписывайся

Подписывайся на нашу рассылку