İtmiş 5 möhtəşəm şəhər

 

Uzun illər ticarət, din, siyasət arenasında söz sahibi olan bu şəhərlər yaşanan müharibələr, dağıntılar nəticəsində taleyinə tərk edilib. Yenidən kəşf edildikdən sonra, əvvəlki görünüşünü qorunmağa çalışılan tikililərə hər il milyonlarla səyahətsevər baş çəkir.

1. Palmira, Suriya

1980-ci ildə UNESCO-nun Dünya Mirası siyahısına daxil edilən şəhər antik dövrün ən önəmli din və ticarət mərkəzlərindən biridir. Şamın 215 kilomert şimal-şərqində yerləşir. Palmiranın əsasının eramızdan əvvəl XIX yüzillikdə qoyulduğu deyilir. Lakin Roma və Yunan qaynaqları şəhərin quruluş tarixinin I yüzilliyə aid olduğunu bildirir. Daxilindəki antik teatrın görkəmli mənzərə yaradan sütunları ilə Suriyanın ən dəyərli bölgəsi hesab edilir. İŞİD tərəfindən zərər görən şəhərin son halı heç də içaçıcı deyil.

2. Nəbatilərin İtkin Şəhəri, Petra

Qaya içərisinə daşla oyulmuş dünyanın ən görkəmli yerlərindən olan Petranın mənası “daş” deməkdir. Günəş işığının əks olunması ilə çəhrayı, qırmızı, sarı, narıncı rənglərə bürünür. İsveçrəli kaşif Ludvin Burckhardt tərəfindən yenidən tapılan şəhər UNESCO-nun Dünya Mirasları siyahısındadır. Nəbati Krallığının paytaxtı olan Petra daha öncə yalnızca ərəblərin bildiyi bir məkan olub.

3. Mempis, Misir

Əski və yeni krallıq dövrlərində Misirin paytaxtı olub. Eramızdan əvvəl 2000-3000-ci illər arasında Kral Memfis ətrafdakı bataqlıqları qurudaraq şəhərin əsasını qoyub. Qahirənin Cənubundakı Mit Rahina çevrəsində Mempisə aid qalıqlar var. Əski Misir dönəmində “İneb Hedj” adı ilə də anılan şəhərin o dövrə aid tarixi əsərlərinin çox az