İtaliya portalında Heydər Əliyev Mərkəzi barədə material yer alıb

 

İtaliyanın dünyanın mədəniyyət inciləri və turizm imkanları barədə məqalələr dərc edən “Artribune” portalında (https://www.artribune.com/tribnews/2013/11/azerbaigian-contemporaneo-ecco-le-immagini-del-nuovo-centro-culturale-progettato-da-zaha-hadid-forme-sinuose-e-spazi-fluidi-che-non-ignorano-le-forme-islamiche/) Azərbaycanın dünya şöhrətli arxitektura abidəsi olan Heydər Əliyev Mərkəzi barədə material yer alıb.

AZƏRTAC xəbər verir ki, əvvəllər məşhur memar Zaha Hadidin əl işi olan bu möhtəşəm bina barədə yazılar dərc etdirən portal onu “Şərq dünyasının formalarına meydan oxuyan kosmik inci” adlandırıb.

Məqalədə daha öncəki yazılara istinadlarla yanaşı, Mərkəzin çoxsaylı fotoları və haqqında maraqlı məlumatlar da yer alıb.