İsveçrədə Azərbaycanın turizm imkanları nümayiş olunub


Turnir müddətində yarış iştirakçıları və çoxsaylı qonaqlar ölkəmizin atçılıq ənənələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar. Pavilyonda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Həmçinin VR texnologiyası sayəsində ziyarətçilər ölkəmizi canlı izləmək və Azərbaycanın gözəlliyi ilə tanış olmaq imkanı əldə ediblər.

Azərbaycan pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə “Azərbaycan – bir daha bax” (“Azerbaijan – Take another look”) konsepsiyasına uyğun olaraq yeni çap olunmuş broşürlər, eyni zamanda Heydər Əliyev Fondunun nəşrləri paylanılıb.

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən “Land of Fire” komandası turnirin 3-cüsü olub.

Yarışlar çərçivəsində izləyicilərə Qarabağ atları və milli rəqslərimizdən ibarət çıxış təqdim olunub.

Qeyd edək ki, 35 ildir dünyanın müxtəlif ölkələrindən polo yarışları həvəskarlarını bir yerə toplayan, İsveçrədə donmuş St.Moritz gölü üzərində keçirilən turnir bu il rekord sayda 18000 ziyarətçi qəbul edib.

Paylaş

Əvvəlkİ

Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edildi

Sonrakı

Sevgillilər gününü JW Marriott Absheron Baku otelində qeyd edin

Подписывайся

Подписывайся на нашу рассылку