İsti ölkələrdə tərəfdaş axtarışında olan turizm agentliklərinin nəzərinə

 

Qarşıdan payız və qış mövsümü gəlir. Bu mövsümlərdə bir çox turistin istəyi isti ölkələrə səyahət etməkdir. Bununla yanaşı turizm agentlikləri də belə ölkələrdə tərəfdaş şirkətlər - turoperatorlar axtarışındadır.

"You need only one B2B system to get the best rates" (Sizə ən yaxşı qiymətlər üçün cəmi bir B2B sistem lazımdır) şüarı ilə məşhurlaşan "Avionics Travel Azerbaijan" şirkəti də bu tur operatorlardandır. Şirkətin satış və marketing rəhbəri Elçin Yolçuyev Turizmplus.az-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərində, Omanda, Türkiyədə və başqa ölkələrdə müştərilərə müxtəlif xidmətlər təklif etdiklərini bildirib.

Şirkətin xidmətlərinə dünyanın bir çox otelləri yerləşdirilmiş B2B onlayn sistem, "Marhaba" servis, "Al-ahlan", "Al-majlis", dünyanın bir çox ölkəsində transferlər, ekskursiyalar, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinə və Omana viza dəstəyi də daxildir.