İstanbulun Yeni Hava Limanından şəhərin mərkəzinə getməyin ən asan yolları

 

“Yeni Hava Limanından İstanbulun mərkəzinə necə getmək olar?” sualına cavab tapmayanlar üçün bu məqalə yararlı olacaq.

Turizmplus.az komandası olaraq bu variantların hər birindən istifadə etdik və təəssüratlarımızı sizinlə bölüşmək istəyirik.

Belə, Yeni Hava Limanına səyahət zamanı təyyarədən enəndən sonra çıxışa qədər 30 dəqiqə gəzsəniz buna təəccüblənməyin. Bu normaldır, hazırlıqlı olun. Hava Limanı həqiqətən çox böyükdür, pasport yoxlanışına getmək üçün sizə 10 dəqiqə lazım olacaq. Ancaq sizi orada xoş surprizlər gözləyir – uzun növbə yoxdur və baqajı tez götürə biləcəksiniz.

Hava Limanından çıxandan sonra mərkəzə çatmaq üçün nəqliyyat vasitəsini seçmək şansınız var. Hər şeydən önəmli zaman və maddiyatdır. Hər kəs özünə uyğun variantı seçir.

Uçuş bölgəsindən çıxdıqdan sonra sağda yerləşən məlumat mərkəzinə yaxınlaşa bilərsiniz. Solda isə lift görəcəksiniz. Liftlə mənfi mərtəbəyə düşüb “Havaist” şirkətinə aid avtobusları görə bilərsiniz. Bundan öncə isə İstanbul card (Kartın qiyməti – 6 TL və gediş üçün pul yerləşdirmək də lazımdır) almağı unutmayın. Aeroport Avropa tərəfdə yerləşsə də avtobuslar Asiya tərəfinə qədər gedir. Əgər sizin qalacağınız yer Sultanahmet ətrafında və ya Avropa hissəsindədirsə İST20 marşrutunu seçməlisiniz. Gedişin qiyməti 18 TL təşkil edəcək, yola isə 40 dəqiqə sərf etməli olacaqsınız. Avtobus hər 30 dəqiqədən bir, səhər 05:00-dan gecə 04:15-ə qədər işləyir. Siz avtobus biletlərini onlayn qaydada da ala bilərsiniz. Bu arada hava limanında wi-fi var və əla işləyir.

Əgər sizin Asiya istiqamətində getmək planınız varsa İST7 marşrutunu seçməlisiniz və Kadıköyə qədər olan gedişiniz 1 saat 50 dəqiqə çəkəcək və 25 TL təşkil edəcək. Avtobus 1 saatdan bir hərəkət edir. Nəzərə alın ki, İstanbulda hər zaman tıxaclar olur və bu sizin gediş vaxtınıza təsirsiz ötüşməyəcək.

Ətraflı məlumatı və biletləri siz hava.ist (https://hava.ist/en) saytından ala bilərsiniz.

Növbəti rahat, lakin daha etibarlı seçim transfer sifariş etməkdir. Transfer sizi adınız yazılan lövhə ilə qarşılayacaq və sizi rahatlıqla lazımı məkana aparacaq. Siz transfer şirkətlərindən həm də kirayə maşın sifariş edə bilərsiniz, məsələn bu linkdən ( https://kiwitaxi.com/en?pap=5d8b3a908da1d)

Nəhayət, tez çatmaq üçün məşhur çıxış yolu – hava limanından taksi tutmaq. Hava limanından çıxan kimi növbə ilə düzülmüş rəsmi taksiləri görəcəksiniz. Çox rahatlıqla əyləşə bilərsiniz, onlar sizi aldadmayacaq. Taksiyə əyləşən kimi 4 TL yazılır, eyni zamanda sonda gedişə və zamana görə hesablanır. Bundan əlavə körpülərin üzərindən keçərkən də onlar 15-40 TL arası ödəniş hesablayırlar. Artıq hava limanında pulu dərhal dəyişdirməyə ehtiyac yoxdur. Ancaq unutmayın ki, gediş haqqından artıq olaraq ödənişin % -i tutulacaqdır.

Bakıdan İstanbula aviabiletləri ən ucuz qiymətlərlə və onlayn qaydada www.triponline.az saytından əldə edə bilərsiniz.

Paylaş

Əvvəlkİ

Azərbaycana səs ver - KEÇİD

Sonrakı

Hər zaman müzakirə olunan mövzu: Azərbaycana uçan lou-kosterlər - KİÇİK ARAŞDIRMA

Abunə olun

Xəbərlərimizə abunə olun