İstanbuldan Bakıya gələn təyyarə 10 saat gecikib - GECİKMƏNİN SƏBƏBLƏRİ

 

İstanbul-Bakı reysini həyata keçiriən Türk Hava Yollarının  TK8438 saylı reysində 10 saat gecikmə müşahidə olunub. 

Turizmplus.az xəbər verir ki, bu haqda həmin reysin sərnişinləri sosial şəbəkələrdə paylaşım ediblər. Saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Sərnişinlərə ilkin səbəb kimi təyyarənin şüşəsinin qırıldığı bildirilib.

Sərnişinlərin sözlərinə görə İstanbul Yeni Hava Limanında tez-tez gecikmə halları müşahidə olunur.

Bəs bunun səbəbləri nələrdir?

İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Ola bilsin ki, gecikmələr bununla əlaqədardır. Qeyd edək ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. 

67630045-1971707749597305-7500387047832551424-n

Bir başqa fərziyyəyə görə bu gecikmələr süni şəkildə təşkil olunur. Bunun da əsas səbəbi sərnişinlərin Yeni Hava Limanının xidmətlərindən daha çox istifadə etməsidir.

Hava limanının yeni təmirdən çıxması, personalın yeni işçilərdən ibarət olması, strukturun tam formalaşması da gecikmələrin səbəbi kimi göstərilir.

 

Paylaş

Əvvəlkİ

Названа лучшая страна для любителей вина, Французы в шоке

Sonrakı

Monteneqroya qaynar gediş-dönüş aviabileti - QİYMƏT

Abunə olun

Xəbərlərimizə abunə olun