İstanbulda yeni dəmiryolu istifadəyə verildi


Türkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib. Yeni dəmir yolu sahəsi Marmaray dəmiryol tunelinə inteqrasiya olunacaq. Halqalı-Qəbzə dəmiryolunun tikintisi çərçivəsində ümumilikdə 38 yeni dəmiryol stansiyası inşa olunub.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, Halqalı-Qəbzə dəmiryol xəttinin istismara verilməsi sərnişindaşımanın artmasına imkan verəcək. Gündəlik olaraq bu xətt üzrə 1 milyon sərnişin daşımaq mümkün olacaq.

Qeyd edək ki, 2020-2021-ci illərdə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə 64,275 milyard lirə ayrılacaq.

TREND

Paylaş

Əvvəlkİ

Gürcüstan otellərində endirim həftəsi

Sonrakı

“MITT 2019” turizm sərgisində Azərbaycanın turizm potensialı nümayiş olunur

Подписывайся

Подписывайся на нашу рассылку