İsrafil Aşurlu növbəti səkkizminlik zirvədə bayrağımızı dalğalandırıb - FOTO

 

Azərbaycanlı peşəkar alpinist İsrafil Aşurlu sentyabrın 26-sı dünyanın səkkizinci ən yüksək dağı sayılan Manaslu zirvəsində üç rəngli bayrağımızı dalğalandırıb.

Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı səyahətçi blogger Fərid Novruzi paylaşıb.

"Alpinistlər aləmində uğurlu dağa çıxma o vaxt hesab olunur ki, nə zaman k,i alpinist uğurla aşağı enir. Buna görə, ondan xəbər gəlmədən bu xəbəri paylaşmırdım. Hal-hazırda o yenicə olaraq zirvənin ətəyində yerləşən bir kəndə enib və dincəlir" - deyə blogger öz sosial şəbəkə hesabında qeyd edib. 

Hündürlüyü 8156 metr olan Manaslu dağı Nepalda yerləşir.

Qeyd edək ki, bu alpinistin qalxdığı 4-cü "səkkizminlik"dir. O, bu zirvəyə oksigen balonu olmadan qalxıb. 

Paylaş

Əvvəlkİ

Turizm Günü çərçivəsində 60-a yaxın hotel təmsilçisi bir araya toplaşdı - FOTOLAR

Sonrakı

Aparat rəhbəri Baş redaktorun suallarını cavablandırıb - VİDEO

Abunə olun

Xəbərlərimizə abunə olun