İspaniyaya viza üçün müraciət edənlərin nəzərinə - YENİ QAYDA


İspaniya konsulluğu viza üçün lazım olan maliyyə təhlükəsizliyinin həcmini artırıb.

Belə ki, viza almaq istəyənlərin hesabında bir günlük İspaniyada istirahət üçün 90 avro məbləğində pul olmalıdır. Bu qayda bütün turistləri eləcə də uşaqları əhatə edir. 

Qeyd edək ki, bunlarla yanaşı ərizəçilərin ümumi hesabı səyahətin müddətindən aslı olmayaraq 810 avro təşkil etməlidir.

Xatırladaq ki, bundan öncə günlük pul həcmi 75 avro təşkil edirdi.

Paylaş