İspaniyanın ən yaxşı turizm məkanları

 

İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb. 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.

Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.

Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə və alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya və Valensiya da var.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

"Türkiyə otelləri xarici arenada yalnız avro ilə müqavilə imzalaya bilər" - ELSEVƏR ABBASOV

Sonrakı

Qazaxıstan və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirir

Подписывайся

Подписывайся на нашу рассылку