İspan şirkətindən İnstagram istifadəçiləri üçün möhtəşəm MÜSABİQƏ

İspaniyanın idman ayaqqabları şirkəti “Pompeii” turistlər üçün müsabiqə elan edir.

Şirkət müsabiqənin qalibləri üçün nəzərdə tutulan hədiyyələrin siyahısını da açıqlayıb. Bir aylıq Avropa gəzintisinə 3 850 avro, 2 aylıq Avropa və Latin Amerika səyahətinə 7 500 avro və 3 ayrlıq Avropa və Asiya turuna 12 000 avro məbləğində mükafatlar veriləcək. Qaliblər tur marşrutlarını Pompeii şirkətinin tövsiyələrini nəzərə alaraq özləri tərtib edə bilərlər.

Müsabiqədə hər ölkədən 18 yaşı tamam olmuş səyahətçilər iştirak edə biləcək. Bunun üçün onlar 24 fevrala qədər İnstagram səhfələrində özləri haqqında video paylaşmaladılar.  Paylaşımda  #BecasPompeiiPUM haştaqı istifadə olunmalı və Pompeii şirkətinin instagram hesabları qeyd olunmalıdır. Aprel - iyun aylarında baş tutacaq səyahətlərin qaliblərinin nəticələri mart ayının ortalarında açıqlanacaq.

Qeyd olunur ki, qaliblərə videokamera, 3 cüt idman ayaqqabısı və səyahət sığortası da hədiyyə olunacaq.

Paylaş

Əvvəlkİ

Аэропорты Бельгии временно закрыты

Sonrakı

Azərbaycan və Rumıniya arasında turizm əlaqələri müzakirə olunub

Подписывайся

Подписывайся на нашу рассылку