İsmayıllıda turist avtobusu qəza törətdi, ölənlərin sayı 3-ə çatdı - VİDEO

 

Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ata, ana və övladının adları məlum olub.

Turizmplus.az APA-a istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva vəfat edib. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Turistləri daşıyan avtobusdan isə 15-ə yaxın yaralı var. 

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna,