İslamabad-Bakı birbaşa reysi açıla bilər

 

Pakistan İslamabad-Bakı birbaşa reysinin açılması imkanlarını nəzərdən keçirib.

Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda Azərbaycan-Türkiyə-Pakistan forumunda deyib. Səfir bildirib ki, bu, turizmin inkişafına və hər iki ölkədə turizm axınının artımına xidmət edəcək.

Türkiyənin Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti Yaşar Doğan öz növbəsində hər bir ölkənin iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun vacibliyini qeyd edib. Onun sözlərinə görə, sahibkarlığın inkişafı üçün bütün imkanlardan istifadə etmək lazımdır.

Paylaş

Əvvəlkİ

В Австрии успешно испытали воздушное такси

Sonrakı

Rusiyanın “Smartavia” aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

Подписывайся

Подписывайся на нашу рассылку