İran portalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb

 

İranın tanınmış “Aparat.com” videoportalında “Bakı Azərbaycanın incisidir” başlıqlı videoçarx yayılıb.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, sözügedən videoda Bakı ilə yanaşı, ölkəmizin digər bölgələri ilə bağlı kadrlar da nümayiş etdirilir.

Videonun şərhində qeyd olunur ki, Azərbaycan Respublikasının paytaxtı Bakı ən böyük şəhər və ən böyük limandır. Bu şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və dünyanın neft ilə zəngin olan bölgələrindən biridir. Bakı Qafqazın ən çox əhalisi olan şəhərdir. Bakıda çox sayda gözəl parklar var.

Şəhərdə musiqi, teatr və opera daxil olmaqla digər bədii proqramlar da icra olunur.

Paylaş

Əvvəlkİ

В Москве пройдёт фестиваль "Рыбная неделя"

Sonrakı

Dubayda tranzit turistlər üçün abonement buraxılıb

Abunə olun

Xəbərlərimizə abunə olun