İlk yeraltı fermaya ekskursiya - LONDONDA


Turizmplus.az "Lonely Planet"ə istinadən xəbər verir ki,  Britaniyanın paytaxtı London şəhərində yeraltı ferma fəaliyyət göstəir. Ferma 2014-cü ildə, II Dünya müharibəsindən sonra qalan tunellərdə yaradılıb. 

Burada bütün il boyunca xüsusi çəhrayı işıqların altında göyərti yetişdirirlir. Fermanın məhsulları Londonun supermarketlərində satışa çıxarılır. 

Ferma həftədə 2 dəfə ziyarətçilər üçün açıq olur. Ekskursiyaya gələnlərə tunellərin tarixi və fermanın inkişaf dövrü barəsində məlumat verilir. Sonda isə hər qonağa burada yetişdirilmiş göyərti hədiyyə olunur.

Qeyd edək ki, tunelə yalnız 14 yaşı tamam olmuş şəxslər daxil ola bilər.  



Paylaş

Əvvəlkİ

Alış-veriş və restoran müəssisələri All İnclusive sisteminə daxil ediləcək

Sonrakı

Hilton Baku-da maraqlı kampaniya

Подписывайся

Подписывайся на нашу рассылку