İki Assosiasiya bir arada işgüzar görüş keçirib - FOTOLAR

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Hotellər Assosiasiyası işgüzar görüş keçirib.

Turizmplus.az xəbər verir ki, iyulun 11-də keçirilən görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müqavilə və vergi məsələləri, qiymətlərin müəyyən olunması, tənzimlənməsi müzakirə olunub.

Həmçinin turistlərin qrup şəkilində qeydiyyatlarının aparılması prosseduru, tərəflərin üzərinə düşən öhdəliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, məlumat mübadiləsinin aparılması kimi məsələlərə də toxunulub.

Toplantı iştirakçılarını maraqlandıran suallar və tövsiyələr dinlənilib, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq standartların işlənib hazırlanması təklif olunub.

Sonda tərəflər əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.

Paylaş

Əvvəlkİ

"Nordavia" Sankt-Peteburq - Bakı reysi həyata keçirəcək - MƏLUMAT

Sonrakı

"Buta Airways"in təyyarəsi Batumi Hava Limanına eniş edə bilməyib - SƏBƏB

Abunə olun

Xəbərlərimizə abunə olun