HOTREC Prezidenti Jens Zimmer Kristensen Azərbaycana gəlib - FOTOLAR

 

Sentyabr ayı Azərbaycan Hotellər Assosiasiyası üçün çox maraqlı və produktiv başlayıb.

Turizmplus.az xəbər verir ki, bu haqda məlumat təşkilatın rəsmi sosial şəbəkə hesablarında paylaşılıb. AHA komandası HOTREC Prezidenti Cənab Jens Zimmer Kristensen və Doktor Akos Niklai ilə birlikdə, Boulevard Hotel Baku tərəfindən hazırlanmış möhtəşəm səhər yeməyi masasında görüşüb. Yemək zamanı dünyada və Azərbaycanda baş verən ən son turizm və qonaqpərvərlik sahəsinə məxsus xəbərlər və yeniliklər müzakirə olunub. Davamında qonaqlar İçərişəhərin küçələrini və Atəşgah məbədini kəşfə çıxaraq, milli-mədəni keçmişimizə dair məlumatlandırılıblar. 

Qeyd edək ki, Prezident Kristensen və Doktor Niklai Bakıya bu gün baş tutan İntour Summit tədbiri ilə əlaqədar səfər edir. HOTREC Prezidenti Cənab Kristensenlə yanaşı, həmçinin AHA Prezidenti Cənab Kleinmann və Azərbaycan Turizm Bürosunun sədri Cənab Zenqstşmid sammitdə çıxış edəcəklər.
 

Paylaş

Əvvəlkİ

AZAL Çinə çarter resylər həyata keçirəcək

Sonrakı

Dünyanın ən uzun kruiz səyahəti başladı - 245 GÜN

Подписывайся

Подписывайся на нашу рассылку