Hollandiyada yeni turizm qərarı: Gəlməyin, sıxlıqdır

 

Hollandiya Turizm Təşkilatı maraqlı və qəribə addım atacaq.

Turizmplus.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qərara əsasən Hollandiyanın turizm təbliğatı dayandırılacaq. Buna səbəb isə həddindən artıq turist axınıdır. Təşkilatın nümayəndələrinin fikrincə, turistlərin çoxluğu memarlıq abidələrinin sıradan çıxmasına gətirib çıxara bilər. Onlar artıq ölkəyə yeni turistlər gətirmək yox, gələn turistləri necə idarə etmək haqqında düşündüklərini qeyd ediblər. Bununla bağlı atılacaq addımlardan biri də turizmlə bağlı vergilərin artırılması olacaq. 

Qeyd edək ki, gələcək 10 il ərzində Hollandiyaya 10 milyon turistin gəlişi gözlənilir. 

Paylaş

Əvvəlkİ

Komanda yoldaşı axtarırıq - İŞ VAR

Sonrakı

Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır

Abunə olun

Xəbərlərimizə abunə olun