Hindistandan Azərbaycana daha çox turist cəlb etmək üçün növbəti addım

 

Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

Turizmplus.az xəbər verir ki, 9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

"Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.

Paylaş

Əvvəlkİ

Санкт-Петербург опередил Москву по качеству вечерних развлечений

Sonrakı

Milana təyyarə bileti - CƏMİ 20 AVRO

Подписывайся

Подписывайся на нашу рассылку