Heydər Əliyev Beynəlxalq Aeroportundan növbəti rəsmi "spottinq" elanı

 

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti rəsmi spottinq barədə elan edir!

Turizmplus.az xəbər verir ki, mayın 4-də (şənbə günü) planlaşdırılan spottinqə həm peşəkar fotoqraflar, həm də təyyarə və ümumilikdə mülki aviasiya həvəskarları dəvət olunacaq. Eləcə də fotoqraflar təyyarələrin uçuş və enişini, yerüstü aerodrom xidmətlərinin işini, hava gəmilərinin yedəklənməsini və s. fotoçəkiliş etmək imkanını əldə edəcəklər.

Tədbir hava limanının PR-xidmətinin və Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

Qeyd olunur ki, iştirakçıların minimal yaş həddi 18-dir və yerlərin sayı məhduddur, ona görə də ilk növbədə əvvəllər təşkil edilmiş spottinqlərdə iştirak etməyən fotoqrafların ərizələrinə baxılacaq.

İştirak üçün ərizələr 2 mayədək bu linkdə göstərilmiş forma üzrə qəbul edilir: http://bit.ly/SpottingMay2019

Paylaş

Əvvəlkİ

Сбои в работе аэропортов Лондона

Sonrakı

«Победу» исключили из единого федерального реестра туроператоров

Подписывайся

Подписывайся на нашу рассылку