Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

 

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.

Turizmplus.az xəbər verir ki, səfərin məqsədi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi –  Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında “Azərbaycan Hava Yolları” və “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” arasında imzalanıb.

Səfər çərçivəsində qonaqlar AZAL Prezidenti Cahangir Əsgərov ilə görüşüblər. Görüş zamanı tərəflər 2020-ci ildə Bakının uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr o