Heydər Əliyev Beynəlxalq Aeroportunda rekord - 5 milyona yaxın sərnişin

 

Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.

Turizmplus.az Hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.

Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstərisindən 1,5% faiz çox), Gəncə (154 min, 10% artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5% çox) hava limanlarında müşahidə olunub.

2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıblar.

Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin o