Heydər Əliyev Beynəlxalq Aeroportu yenə də ən yaxşıların siyahısında


Ardıcıl olaraq üçüncü il hava limanımız post-Sovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.
⠀⠀
Turizmplus.az xəbər verir ki, bundan başqa Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutub.
⠀⠀
Nəzərinizə çatdıraq ki, daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub.

Paylaş

Əvvəlkİ

Səyahət zamanı etdiyimiz 10 səhv - ƏLİ ƏKBƏR YAZIR

Sonrakı

Turizm kartlarından xəbər var

Abunə olun

Xəbərlərimizə abunə olun