“Hestourex” - səhiyyə, idman və alternativ turizm sərgisi başa çatıb - VİDEO

 

“Hestourex” - səhiyyə, idman və alternativ turizm sərgisinin sonuncu günü də maraqlı görüşlərlə yadda qalıb.

Turizmplus.az cbc.az-a istinadən xəbər verir ki, dünyanın 165 ölkəsindən 6 mindən çox nümayəndə bir araya gələrək, sağlamlıq turizmi ilə bağlı müzakirələr aparıb. Türkiyə prezidentinin himayəsi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti ölkəmizin sağlamlıq turizmi imkanlarının daha geniş təbliği üçün yeni işgüzar əlaqələr qurublar. Tibb və turizm mütəxəssisləri xarici ölkə nümayəndələri ilə B2B formatında keçirdikləri görüşlərdə turizmin bu sahəsinin inkişafı üçün fikir mübadilələri aparıblar

Artıq üçüncü ildir keçirilən “Hestourex”də müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər. Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi ölkənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etməkdir.

Bu il “İdman turizmi” mövzusunda keçirilən konqres və sərgidə Azərbaycanla yanaşı, Estoniya, Litva, Rusiya, Almaniya və digər ölkələrin idman federasiyaları da təmsil olunub. 4 gün davam edən beynəlxalq tədbir çərçivəsində bir sıra maraqlı görüşlər, sərgilər, idman oyunları təqdim edildi. Eləcə də, tədbir iştirakçıları Antalyada yeni tibb müəssisəsinin açılışında iştirak ediblər. Beynəlxalq sərgiyə qala-yeməklə yekun vurulub. Dünya sağlamlıq turizminin inkişafına xidmət edən “Hestourex” öz işini 2020-ci ildə davam etdirəcək.

 

Paylaş

Əvvəlkİ

Правительство Хорватии построило отель

Sonrakı

Azərbaycan və Rusiya turizm sahəsində birgə layihə reallaşdıra bilər

Подписывайся

Подписывайся на нашу рассылку