Həştərxanda Volqa və Xəzərdə kruiz turizminin inkişafına dair regionlararası forum keçiriləcək


Rusiya Federasiyasının Həştərxan vilayətində Volqa və Xəzərdə kruiz turizminin inkişafına dair regionlararası forum keçiriləcək.

Regionlararası forum fevralın 25-27-də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Forumda Volqa çayı boyu turistlərin daşınması, Xəzər dənizində sərnişin gəmiçiliyi, kruiz donanmasının yaradılması, daxili su yollarında infrastrukturun inkişafı, kruiz marşrutlarının yaradılması məsələləri müzakirə olunacaq.

Forum çərçivəsində Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin kruiz turizmi operatorları ilə birgə hazırladığı Rusiya Federasiyasında kruiz turizminin uzunmüddətli inkişafı Konsepsiyasının əsas müddəaları ətrafında fikir mübadiləsi aparılacaq.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

“Ryanair” və “Wizz Air” aviaşirkətləri cərimələndi

Sonrakı

Vergi ödəyiciləri ölkədən çıxışına qadağanı öyrənəcək - YENİ XİDMƏT

Подписывайся

Подписывайся на нашу рассылку