"Həmin şirkətlərə xəbərdarlıq edirik" - PAŞA KƏSƏMƏNSKİ

 

Turizmplus.az “Turizm və Səyahətlər” (“AITF-2019”) sərgisi zamanı "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə müsahibə hazırlayıb.

- "Azərbaycan Hava Yolları"nın və "Buta Airways"in yeni reysləri ilə bağlı nə deyə bilərsiniz?

Hər iki aviaşirkətdə yeni reyslər əlavə olunub. Aprelin 2-də AZAL Qazaxıstanın Almatı şəhərinə ilk uçuşunu reallaşdırdı. Çalışırıq ki, yeni reyslərlə yanaşı ənənəvi reyslərin də sayını artıraq. Yeni bazarlara uçmaq da əsas məqsədlərimizdən biridir. Bunlardan biri Səudiyyə Ərəbistan bazarıdır. Bunun nəticəsində Ciddə şəhərinə uçuşlara başladıq. Onu da qeyd edim ki, planımızda Asiya ölkələrinə yeni uçuşların həyata keçirilməsi var. 

Aşağı büdcəli "Buta Airways" şirkətində də yeni istiqamətlərin sayı artırılıb. Biz artıq Ankara, Həştərxan, Ufa, Odessa, Xarkov və Batumi şəhərlərinə uçuşlara başlayırıq. Biz çalışırıq ki, vətəndaşlarımıza həm səyahət baxımından həm də işgüzar səfərlərlə bağlı daha rahat şərait yaradaq.

- Aviabiletlərin tariflərində hər hansı bahalaşma və ya ucuzlaşma, ümumiyyətlə dəyişikliklər olacaqmı?

Xeyr, heç bir dəyişiklik gözlənilmir. Bilirsiniz ki, bizdə hər kəsə uyğun olması üçün həm aşağı, həm orta, həm də yuxarı büdcəli tariflər var. Ən aşağı tarif isə "Buta Airways" lou-kosterindədir - 29 AVRO.

- "Buta Airways" və turi