“Helenendorf şəhər bayramı” qeyd olunub - FOTOLAR

 

Aprel ayının 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət ediblər.

Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni Helenendorfun salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.

İştirakçılar həmçinin hazırda Şəmkir rayonu ərazisində yerləşən "Annenfeld" adlanan alman məskənini ziyarə