Həftə sonu Bakıda buludlu və çiskinli hava gözlənilir - PROQNOZ

 

Azərbaycanda dekabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Turizmplus.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 764 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli hava müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Paylaş

Əvvəlkİ

Как выглядит место в самолете, доступное по цене новенького мерседеса

Sonrakı

Generatoru sıradan çıxan təyyarə Bakıda qəza enişi edib