Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir

 

Azərbaycanda turizm ildən-ilə yüksələn xətlə inkişaf edir. Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir. Turizmə göstərilən diqqət və qayğı sayəsində Bakı şəhərində, Abşeron yarımadasında, regionlarımızda gözəl infrastruktur yaradılıb. Eyni zamanda, yeni otellər inşa olunub, yollar çəkilib, kommunal xidmətlər yüksək səviyyədədir. Bunun nəticəsində ölkəmizə gələn qonaqların sayı ildən-ilə artır.

Turizmplus.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları, mədəni tədbirlər, konqreslər, konfranslar, simpoziumlar, seminarlar ölkəmizə gələn turistlərin sayını artırır. “Ölkəmizdə bu sahədə püxtələşmiş kadrlar yetişir. Artıq qonaqlara yüksək səviyyədə xidmət etmək üçün bütün səviyyələrdə imkanlarımız və şəraitimiz var. Kadr hazırlığında da 2006-cı ildən fəaliyyət göstərən Turizm və Menecment Universiteti çox böyük rol oynayır, eyni zamanda Bakı Dövlət, Qərb, İqtisadiyyat universitetləri, peşə məktəbləri, kolleclər, mühüm əhəmiyyət kəsb edir. Buna görə də ildən-ilə ölkəmizə artan turist axını zamanı onlara yüksək səviyyədə xidmət göstərmək imkanlarımız &ccedi