Hava limanının yeni terminalı 500 milyon dollara başa gəldi

 

Bu gün Şeremetyevo Hava Limanının yeni terminalına (C1) Helksinkidən ilk beynəlxalq uçuş baş tutub.

Turizmplus.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Şeremetyevo Beynəlxalq Hava Limanının idarə heyətinin sədri Aleksandr Ponomareko 2019-cu ildə hava limanının 50 milyona yaxın insana xidmət etdiyini, bu sayın yeni terminalın açılışından sonra 80  milyona, 2030-cu ilə qədər isə 100 milyona yüksələcəyini qeyd edib.

Terminalın yenidən qurulması işlərinə 2017-ci ilin aprel ayından başlanılıb. Əvvəlcə layihəyə qoyulan investisiyaların dəyəri təxminən 20 milyard rubl qiymətləndirilirdi, lakin tikinti zamanı 32 milyard rubla (500 milyon dollar) qədər yüksəlib.

TourDom.ru  saytının müxbiri ilə söhbət zamanı Ponomarenko bildirib ki, yekun qiymətə 2500 avtomobil üçün beş mərtəbəli dayanacaq yerinin və terminalda piyada qalereyasının tikintisinin xərcləri daxil olub.

Onu da qeyd edək ki, 2024-cü ildə yeni terminalın 2-ci mərhələsinin (C2) qurulması işlərinə başlanacaq və işlər 2026-cı ildə yekunlaşacaq.