Hava limanımızda sərnişinlər üçün daha bir yenilik


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yeni elektron köşklər quraşdırılıb.

Turizmplus.az xəbər verir ki, xüsusi Elektron Ədliyyə Köşkləri vasitəsi ilə borca görə ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında məlumat əldə edib və həmin borclarının ödənişlərini həyata keçirmək və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldırmaq mümkündür. O cümlədən, bu köşklərdə yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getməsi üçün razılıq ərizlərini əldə etmək mümkündür.

Köşklər Terminal-1-in birinci mərtəbəsində yerləşir.

Paylaş