Gürcüstan hava limanlarında sərnişin azalması yaşanır - STATİSTİKA

 

Gürcüstanın Tbilisi və Batumi şəhərlərinin beynəxalq hava limanlarında sərnişinlərin sayı 10% azalıb.

Bu barədə Gürcüstanın iqtsiadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqrişavili bildirib.

Onun sözlərinə görə, iyul ayında iki aeroportda sərnişinlərin sayı 590 min nəfərə çatmalı idi: “Bu göstərici 485 min nəfər təşkil edib. Tbilisi və Batumi hava limanlarında sərnişinlərin sayı 105 min nəfər azalıb”.

Nazir müavini qeyd edib ki, bu ilin ilk yarısında Gürcüstanın beş hava limanı 2 487 575 sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 18% çoxdur: “Təəssüflər olsun ki, artım dinamikası davam etmədi və iyul ayında sərnişinlərin sayında kəskin azalma müşahidə olunub”.