"Gulf Air"in flaqmanı - Boeing 787-9 Dreamliner Bakıya gəlir - AÇIQLAMA

 

"Gulf Air" UEFA Avropa Liqası finalı çərçivəsində Çelsi və Arsenal fanatlarını Bakıya Boeing 787-9 Dreamliner təyyarəsi ilə daşıyacaq. 

Turizmplus.az xəbər verir ki, 26 yerlik Falcon Gold və 256 yerlik ekonom klassa malik Dreamliner daha çox azarkeşin bu oyunu izləməsi üçün Bəhreyn-Bakı reysini həyata keçirəcək. Bu haqda açıqlama verən şirkətin icraçı direktoru Kreşemir Kuçko bildirib ki, "Gulf Air" komandası ətrafda baş verən hadisələrə çox həssas yanaşır. 

"Biz çox məmnunuq ki, mayın 29-da Bəhreyndən daha çox azarkeşi Bakıya, Çelsi-Arsenal arasında keçiriləcək oyunu izləmək üçün daşıyacayıq. Təbii ki, bu dəfə tələb daha çox olduğu üçün müntəzəm reyslərdə istifadə olunan təyyarələri yox, məhz Dreamlineri seçdik".

Qeyd edək ki, "Gulf Air" Hava Yolları həftədə beş dəfə Bəhreyndən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirir.

Paylaş

Əvvəlkİ

Polşanın turizm şirkətləri Azərbaycana səfərlər təklif edirlər

Sonrakı

На Бали произошло извержение вулкана Агунг

Abunə olun

Xəbərlərimizə abunə olun