"Gulf Air" gələn ildən Kuala Lumpura uçacaq - AÇIQLAMA

 

"Gulf Air" Hava Yolları 2020-ci ilin iyulundan etibarən məşhur iş və istirahət məkanı olan Kuala Lumpura uçuşlar təşkil etməyi planlaşdırır. 

Turizmplus.az xəbər verir ki, jurnalistlərə bu barədə şirkətin baş icaçı direktoru Kreşimir Kuçko məlumat verib: 

“Kuala Lumpur asudə vaxt keçirmək üçün, həmçinin işgüzar səfərlər üçün tanınan bir məkandır. Sərnişinlərimiz üçün son dərəcə populyar bir yer olduğunu sübut etdiyi üçün Malayziyanın paytaxtına gündəlik uçuşlar edəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, uçuşlar Boeing 787-9 Dreamliner təyyarəsi ilə həyata keçiriləcək.

Paylaş