Göyçayda XIV Nar festivalı baş tutub - FOTOREPORTAJ

 

Noyabrın 9-10-u tarixlərində Göyçayda möhtəşəm bayram təntənəsi yaşanıb.

Turizmplus.az xəbər verir ki, sayca XIV dəfə keçirilən Nar festivalında 30 minə yaxın ziyarətçi qeydə alınıb. 

Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.