"Georgian Airways"dən qadağaya çıxış yolu: Moskva-İrəvan-Tbilisi - FOTOFAKT

 

Son günlərdə Tbilisidə baş verən hadisələrlə əlaqədar iyulun 8-dən Rusiyadan Gürcüstana müntəzəm uçuşlar qadağan olunacaq.

Turizmplus.az xəbər verir ki, Gürcüstanın "Georgian Airways" aviaşirkəti rus turistləri daşımağa davam etmək niyyətindədir...

Rusiya hakimiyyəti Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlara qadağa qoyub. Məhdudiyyət 8 iyul tarixindən qüvvəyə minəcək həm Rusiya həm də Gürcüstan havayollarının aid olacaq. Hakimiyyət bu qərarı Gürcüstandakı iğtişaşlar, Rusiyaya qarşı etiraz aksiyaları ilə əlaqələndirir.

Buna baxmayaraq, "Georgian Airways" aviaşirkəti Moskva-İrəvan-Tbilisi marşrutu üzrə sərnişinlərinə tranzit uçuşları təklif etməyi planlaşdırır. Şirkətin rəsmi saytında qeyd olunur ki, Ermənistanın paytaxtı vasitəsilə uçuş seçənlər təxminən bir saat gözləməli olacaqlar. Hazırda naməlum qalan məsələ yalnız bu reys üzrə Moskva-İrəvan uçuşlarını hansı aviaşirkətin yerinə yetirəcəyidir.

Qeyd edək ki, Moskvadan bu şəhərə uçuşlar Aeroflot, UTair, S7, Red Wings, Ural Airlines tərəfindən həyata keçirilir.

Paylaş

Əvvəlkİ

Туристы в Риме испытали шок от сильных подземных толчков

Sonrakı

Северная Корея не справляется с туристами

Подписывайся

Подписывайся на нашу рассылку