"Gənclər Turizmi" İctimai Birliyinə yeni sədr təyin olunub

 

Azərbaycan "Gənclər Turizmi" İctimai Birliyinə idarə heyətinin qərarı ilə yeni sədr təyin olunub.

Təşkilatın sədri və həmtəsisçisi Kənan Hənifəyevin sədrlik müddəti başa çatdığına görə, bu vəzifəyə İzzət Rəhimli gətirilib. Yeni xanım sədr Turizmplus.az saytına verdiyi açıqlamada bu təyinatdan sonra təşkilatın ölkədə gənclər turizmi istiqamətində fəaliyyətini daha da genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu sahədə yeni tədbirlər planı hazırlanacaq və ictimaiyyət bu plan haqda intensiv məlumatlandırılacaq.

Qeyd edək ki, 2008-ci ildə bir qrup gənc tərəfindən təsis edilən təşkilat 10 ildən artıqdır ki,  fəaliyyət göstərir. Bu illər ərzində Birliyin təşkilatçılığı ilə gənclərin bu sahəyə marağının artırılması naminə müxtəlif tədbir və layihələr həyata keçirilib.

 

Paylaş

Əvvəlkİ

Yerli şirkətlər üçün Şərqi və Cənub-Şərqi Asiya tur operatorları ilə B2B görüş - QEYDİYYAT

Sonrakı

Çində Azərbaycanın turizm təbliğatı genişləndiriləcək

Abunə olun

Xəbərlərimizə abunə olun