“Gənclər Turizmi” İctimai Birliyindən yararlı layihə - “Özünü ifadə et”

 

“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun 12-ci qrant müsabiqəsi çərçivəsində “Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsinin icrasını uğurla başa vurub.

Təşkilatdan Turizmplus.az-a verilən məlumata görə, layihə çərçivəsində 12 Noyabr – 26 noyabr 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Humanitar Kollecində gənclərə peşəkar, blog və vlog sahəsində təcrübəli blogger və vloggerlərin iştirakı ilə seminarlar təşkil olunub.

Layihənin həyata keçirilməsində məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq və onlardan internet medianın imkanlarından faydalı şəkildə istifadə edən faydalı gənclər kimi formalaşdırmaq, habelə, gənclərin bloggerliyə və vloggerliyə marağını yaratmaq, gənclərin fikirlərini sərbəst şəkildə və milli mənəvi dəyərlər çərçivəsində ifadə etməyə dəstək göstərmək olub. 

Layihə çərçivəsində gənclərə internet media, bloqçuluq, sosial şəbəkələr mövzusunda təlimlər keçirilmiş, gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədilib. Seminarlarda sosial etika, sosiallaşma, milli və mənəvi dəyərlər, bloq nədir, nə üçün yazmaq lazımdır, bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli) mövz