"Gələcəkdə bizi onlayn satış gözləyir, bu qaçılmazdır" - GÖYDƏNİZ QƏHRƏMANOV

 

İndiki halda insanlar daha çox nəğd ödəmələrə üstünlük verirlər.

Turizmplus.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən "E-Commrece & Travel" konfransı zamanı TripOnline.az şirkətinin təsisçisi Göydəniz Qəhrəmanov deyib.

"Bizim şirkətimiz həm onlayn, həm oflayn fəaliyyət göstərir. Bunun da səbəbləri var. Birinci ona görə ki, müştərilər hələ də kartla alış-veriş etməyə öyrəşməyiblər. Həm də onlar bu prosesə güvənmirlər. İndi daha çox ödənişlər nəğd həyata keçirilir. 

Bəzi məqamlarda isə oflayn köməyə gəlir. Məsələn, koorporativ şirkətlərlə iş zamanı həmin şirkətlərin nümayəndələri daha çox görə və danışa bildikləri insanlarla işləməyə üstünlük verir. Bu onlar üçün daha rahatdır. Ümumilikdə isə, gələcəkdə bizi onlayn satış gözləyir, bu qaçılmazdır" - deyə Göydəniz Qəhrəmanov qeyd edib.

Xatırladaq ki, sentyabrın 19-da “Sheraton Baku Airport” otelində baş tutan konfransda dünyanın nəhəng aviasiya və turizm brendləri ilə yanaşı, müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak edib. 

Paylaş

Əvvəlkİ

Turizm Agentliklərinin fəaliyyətinin sağlamlaşdırılması üçün yeni təkliflər hazırlanır

Sonrakı

Beynəlxalq Fındıq, Qoz, Şabalıd Festivalı baş tutacaq - TARİX

Abunə olun

Xəbərlərimizə abunə olun