Fuad Muradov dünyanı səyahət edən azərbaycanlı səyyaha dəstək olacaq

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 180 gün ərzində dünya səyahətinə çıxacaq azərbaycanlı səyyah Fərid Novruziya dəstəyə hazır olduğunu bildirib.

Turizmplus.az xəbər verir ki, bu haqda səyyah sosial şəbəkədə paylaşım edib.

"Dostlar, " 180 gün dünya ətrafında" layihəmlə bağlı daha bir uğurlu əməkdaşlıq quruldu. Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdük. Görüş zamanı Fuad müəllim bu layihəyə lazımi dəstəyi verəcəyinə hazır olduğunu bildirdi. Qərar aldıq ki, mənim səfər edəcəyim ölkələrdə həmvətənlırimizlə təmaslar qurulacaq və maraqlı görüşlər təşkil olunacaq. Bir düşünün, Yeni Zellandiya və ya Avstraliyada soydaşlarımızla süfrə paylaşmaq nə qədər xoş bir hissdir" - deyə Fərid Novruzi yazıb.

Paylaş

Əvvəlkİ

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından XƏBƏRDARLIQ

Sonrakı

"Küçə sənətçiləri" layihəsininin təqdimat mərasimi keçirilib - FOTOLAR

Abunə olun

Xəbərlərimizə abunə olun