“Formula 1” və “UEFA EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

 

Oktyabrın 31-də 2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və “UEFA EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Əvvəlkİ

Noyabrda bizi gözləyən hava şəraiti - PROQNOZ

Sonrakı

Баку предложил Абу-Даби освободить граждан Азербайджана от виз при посещении ОАЭ

Подписывайся

Подписывайся на нашу рассылку