Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilk qəza - VİDEO

 

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Turizmplus.az xəbər verir ki, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb. Belə ki, “Uilyams” komandasının pilotu Corc Russellin bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. 

Bu səbəbdən Corc Russell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb. 

Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.

Paylaş

Əvvəlkİ

DİQQƏT ! Bakıda hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Sonrakı

“Tərəkəmə həyat tərzi” adlı mühazirə - AFİŞA

Подписывайся

Подписывайся на нашу рассылку