"Flynas" Hava Yolları Bakıya il boyu uçuşlar həyata keçirəcək

 

Səudiyyə Ərəbistanının milli aviaşirkəti və Yaxın Şərqdə aparıcı lou-koster olan "Flynas" Bakıya birbaşa uçuşların davam edəcəyini açıqlayıb.

Şirkətdən verilən məlumata görə, oktyabrın 2-dən etibarən Ər-Riyadda yerləşən Kral Xalid beynəlxalq hava limanından Bakıya həftədə 3 dəfə olmaqla uçuşlar baş tutacaq.

Sərnişinlər agentliklərdən, veb sayt və mobil tətbiqetməyə daxil olaraq aviabiletləri əldə edə bilərlər. 

Paylaş