Fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgilənəcək - QƏBƏLƏ

 

Aprelin 20-i Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək.

Bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatçısı “Tourism Lab” MMC-dir:

“Forum zamanı turizm sənayesinin, eləcə də regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq”.

Assosiasiya rəhbəri bildirib ki, forumda turizm, rəqəmsal texnologiyalar, sahibkarlıq və digər sahələr üzrə mütəxəssislər iştirak edəcək.

TREND

Paylaş

Əvvəlkİ

Azərbaycan və BƏƏ turizm şirkətləri arasında görüşlər keçirilib - FOTOLAR

Sonrakı

Кипр скопирует у Турции систему «всё включено»

Подписывайся

Подписывайся на нашу рассылку