Filmlərdə görəndə belə dəhşətə gəldiyimiz ölüm düşərgəsi - Auşvitz-Birkenau

 

Bu dəhşətli düşərgə Krakov şəhərindən 60 km uzaqlıqda yerləşir. Krakov avtobus terminalından saat 19:00-a qədə demək olar hər saatda düşərgəyə avtobuslar yola düşür. Giriş pulsuzdur. Düşərgə bir neçə hissədən ibarətdir. 

Məlumatı olmayanlar üçün:

Holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsidir. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) ibarətdir. Auşvitzdə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür.

Burada çox maraqlı və olduqca dəhşətli ekspozisiyalar var. Hazırda düşərgə Muzey kimi fəaliyyət göstərir. Hər blokunun, hər otağının dəhşətli faciələr gördüyü bir məkandır. Burada əsir saxlanılan və öldürülən insanların gündəlik həyatda işlətdikləri əşyalar, bu düşərgəyə gətirilən zaman paltarlarını yığdığı çamadanlar, uşaqların oyun