Fevral ayında 10 konsert - AFİŞA


1. 13 fevral Bakıda - Celentano Tribute Show.

Bakıda ilk dəfə olaraq, əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80illik yubileyi şərəfinə keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano Tribute Show nümayiş etdiriləcək. Adriano Celentanonun ən sevimli xitlərivə performansları Maurizio Schweizerin təqdimatında Azərbaycan tamaşaçısına təqdim olunacaq.

Məkan: Heydər əliyev Sarayı       

Biletlərin qiyməti: 30 - 300 AZN 



2.  14 fevral – Röya&Miri Yusif

Röya və Miri Yusif, öz sevilən hitləri ilə SEVGİLİLƏR günündə, sizləri gözləyəcək. Bu möhtəşəm gecəni onlarla unudulmaz etmək sizin əlinizdədir.  

Məkan:   Elektra Events Hall  

Bilentlərin qiymətləri: 35 – 1200 AZN



3.  14 fevral  – “Eşdimiz” adlı Konsert proqramı. 

Konsert proqramında Mətanət İsgəndərli, Nadir Qafarzadə, Ayşən Mehdiyeva, Rəqqasə Renka, Ravza Esin Kara və Sedat Yeğin çıxış edəcək.

Məkan: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

Biletlərin qiymətləri:  10 – 25 AZN



4. 17 fevral – Roy Young və “ Kİngs of Blues”

Bakıda ilk dəfə əfsanəvi “King of Blues” çıxış edəcək. Qeyd edək ki,  Roy 15 yaşında artıq məktəbi tərk etmiş və peşəkar karyerasını başlamışdır.

Məkan: Beynəlxalq Muğam Mərkəzi

Biletlərin qiymətləri: 40 – 150 AZN



5.  23 fevral – GazapizmMəhşur “Gazapizm” Bakıda. 

Dillər əzbəri olan “Bu həyatın heyacanı yok” mahnısı ilə qəlblərimizə yol tapan ifaçı ölkəmizə sevənləri ilə görüşməyə gəlir.

Məkan: Elektra Events Hall

Biletlərin qiymətləri : 40 – 200 AZN



6. 16 fevral  - Maksim Fadeyev

Minlərin sevimlisi olan Maksim Fadeyev pərəstişkarlarının qarşısında çıxış edəcək.

Məkan: Bakı Konqres Mərkəzi

Biletlərin qiymətləri: 40 – 300 AZN 



7.  15 fevral – “Zima” Beynəlxalq Uşaq Festivalı

"ZİMA" - Azərbaycanın və xaricdən gələn gənc istedadların tamaşaçılara aşkarlayacaq miqyaslı layihədir. Festifalda gələcəyin ulduzları sizlər üçün saçacaq.

Məkan:  Heydər Əliyev Sarayı

Biletin qiymətləri: 15 – 150 AZN



8.  23 fevral – Best Musical Shows

“Jam Group” komandası dünyanın ən möhtəşəm şouları ilə sizin görüşünüzə gəlir . Musiqi, rəqs, vokal şouları ilə dünyanız rənglənəcək. Səhnədə Burlesque, Moulin Rouge, Chicago, The Great Gatsby kimi müzikllərin ən sevilən səhnələri nümayiş olunacaq.

Məkan: Reşid Behbudov adına Dövlət Mahnı Teatrı

Biletlərin qiymətləri: 10 – 30 AZN 



9. 19 fevral – bədii gecə

Görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi bədii gecə keçiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Məkan: Heydər Əliyev Sarayı

Biletlərin qiymətləri: 10 – 50 AZN



10. 19 fevral - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri

Məkan:   Azərbaycan Dövlət Akademik Filarmoniyası

Biletlərin qiymətləri:  4 - 15


 

Paylaş

Əvvəlkİ

“ASAN Viza” vasitəsi ilə 1 milyonuncu viza verilib - VİDEO

Sonrakı

Turizm menecer tələb olunur - VAKANSİYA

Подписывайся

Подписывайся на нашу рассылку